Kapitanlığı əlindən alınan Emindən PAYLAŞIM

 10:10 22.09.2024     236

“Neftçi”nin futbolçusu Emin Mahmudov instaqram hesabında paylaşım edib.

Redaktor.az xəbər verir ki, millimizin üzvü kapitanlıq sarğısının ondan alınması barədə fikirlərini bildirib.

“Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da oldu, kədərli də. Amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu. Amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım. Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman böyük dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm”, - Mahmudov qeyd edib.

Qeyd edək ki, baş məşqçi Roman Qriqorçukun qərarı ilə “Neftçi”nin yeni kapitanı Ramil Şeydayev, vitse-kapitanlar isə Yuri Matias və Robert Bauerdir.