"Real" klubu 73 ildən sonra maraqlı statistik göstəriciyə imza ATDI

 11:28 22.09.2024     64

İspaniyanın "Real" (Madrid) klubu 73 ildən sonra maraqlı statistik göstəriciyə imza atıb.

Redaktor.az xəbər verir ki, "Kral klubu"nun heyətində Kilian Mbappe ötən gün La Liqanın VI turunda keçirilən "Espanyol"la matçda (4:1) penalti zərbəsini dəqiq yerinə yetirib.

Bununla da paytaxt təmsilçisi ilk altı turda 5-ci dəfə onbirmetrlik cərimə zərbəsindən fərqlənib.

Madridlilərin tarixində sonuncu dəfə belə hadisə 1951-ci ildə baş vermişdi.