"Zirə" "Sumqayıt"ı məğlub ETDİ

 22:39 22.09.2024     55

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunları başa çatıb.

Redaktor.az xəbər verir ki, turun bağlanış matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.

Səfərdə "Sumqayıt"ın qonağı olan "Zirə" 2:0 hesablı qələbə qazanıb.

Paytaxt təmsilçisinin heyətində 22 və 69-cu dəqiqələrdə fərqlənən Rafael Utziq dubl müəllifi olub.

Qeyd edək ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" 'Turan Tovuz"u 2:1, "Sabah" isə "Səbail"i 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.