"Qızıl top" mükafatını o ALACAQ

 09:34 24.09.2024     242

“France Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını alacaq futbolçu bəlli olub.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur "Marca" nəşri məlumat yayıb.

Mükafat İspaniyanın "Real" klubunun və Braziliya millisinin üzvü Vinisius Juniora veriləcək.

24 yaşlı oyunçunun artıq bundan xəbərdar olduğu vurğulanıb.

Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümündə Madrid təmsilçisi ilə İspaniya çempionu olub. O, bundan əlavə UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu da qazanıb. Vinger 49 matçda 26 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə təqdim olunacaq.