Ançelotti dünyanın ən yaxşı klubundan DANIŞDI

 09:53 24.09.2024     264

"Milan kimi böyük klubları idarə etmək mənə qismət oldu. Amma "Real Madrid" dünyanın ən yaxşı klubudur, buna şübhə yoxdur", - deyə "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bildirib.

Redaktor.az "sport mediaset"ə istinadən xəbər verir ki, Ançelotti bu klubda məşqçi kimi fəaliyyət göstərə bilməsinin möcüzə olduğunu deyib.

Ançelotti əvvəllər "Parma", "Yuventus", "Milan", "PSJ", "Çelsi", "Bavariya", "Napoli" və "Everton" kimi klubları çalışdırıb. Ançelottinin "Real"la müqaviləsi 2026-cı ilə qədərdir.

Məlumata görə, 65 yaşlı italiyalı mütəxəssis Çempionlar Liqasında ən çox qazanan məşqçidir. O, iki dəfə futbolçu, beş dəfə isə məşqçi kimi mötəbər yarışın baş mükafatını qazanıb.

Sevinc İBRAHİMZADƏ