“Qarabağ”ın oyunu fransalı hakimlərə TAPŞIRILDI

 12:54 24.09.2024     269

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Tottenhem”lə keçirəcəyi səfər oyununun təyinatları müəyyənləşib.

Redaktor.az xəbər verir ki, sentyabrın 26-da Londonda baş tutacaq görüşə Fransadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Villi Delajod idarə edəcək. Ervan Finyean və Filipp Jann baş hakimin köməkçiləri olacaq. Tomas Leonard dördüncü hakim funksiyasını yerinə yetirəcək. Benoi Millo VAR, avstriyalı Alan Kiyas isə AVAR kimi iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.