“Xankəndi” futbol klubu yaradıldı

 14:36 24.09.2024     115

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya klubun təsisçilərindən olan Vasif İsmayılov məlumat verib.

O bildirib ki, yeni yaradılan klub AFFA Region Liqasında mübarizə aparacaq.

“Xankəndi” klubu ev oyunlarını Şamaxı Şəhər Stadionunda keçirəcək: “Məşqlərimiz isə Bakıda keçiriləcək. Hazırda heyət formalaşdırılıb, məşqlərə start vermişik. Baş məşqçi isə iki həftədən sonra açıqlanacaq”.