Livandakı futbol yarışları təxirə SALINDI
Livan Futbol Assosiasiyasının (LFA) bayrağı altında keçiriləcək bütün oyunlar İsrailin hava hücumları səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Redaktor.az xəbər verir ki, bu barədə LFA-nın mətbuat xidməti məlumat yayıb.
Buna səbəb kimi sentyabrın 17-18-də Livanda bir sıra rabitə cihazlarının partladılması göstərilib.
Qeyd edək ki, Livan çempionatının 2024/2025 mövsümü sentyabrın 20-də start götürüb. Sentyabrın 27-dən 29-dək baş tutmalı olan ölkə çempionatının II turunun bütün oyunları ləğv olunub.