"Bavariya"nın qapıçısı meydana geri qayıdır
Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer zədəsini sağaldıb.
Redaktor.az xəbər verir ki, 38 yaşlı qapıçı Bundesliqanın V turunda son ölkə çempionu "Bayer 04" komandasına qarşı matçda meydanda olacaq.
O, bir tur əvvəl keçirilən "Verder"lə oyunu (5:0) buraxmaq məcburiyyətində qalmışdı.
Qeyd edək ki, M.Noyer UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Dinamo" (Zaqreb, Xorvatiya) ilə görüşündə zədə almışdı.