""Qarabağ" qalib gələrsə, böyük sensasiya olar"

 16:17 26.09.2024     145

"Qarabağ" bu gün UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubu ilə üz-üzə gələcək. “Köhlən atlar” bu mübarizədən necə çıxacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Komanda.az saytının baş redaktoru Rəşad Ergün bildirdi ki, sürətli oyun təklif edən komandalara qarşı mübarizə aparmaq asan deyil.

""Totennhem" İngiltərənin sayılıb-seçilən klublarındandır. İngiltərə futboluna xas oyun oynayırlar, xüsusən, sürətli oyun. "Qarabağ" üçün sürətli oyun təklif edən komandalara qarşı mübarizə aparmaq asan deyil. Baxmayaraq ki, "Tottenhem" yeni mövsümə heç də əla start verməyib. Komandanın İngiltərə Premyer Liqasında işləri o qədər də yaxşı deyil. Amma təmsil etdiyi çempionat da Azərbaycan Premyer Liqası deyil".

İdman ekspertinin sözlərinə görə, "Qarabağ" qalib gələrsə, böyük sensasiya olar.

""Qarabağ"ın İngiltərə səfərində qələbə qazanması böyük sensasiya olar. Amma heç-heçəyə ümid edə bilərik. İstənilən halda, çox çətin olacaq".

Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin "Malmö" kollektivini qəbul edəcək. "Tottenhem" isə Macarıstanda “Ferentsvaroş"un qonağı olacaq.

Türkan İSGƏNDƏRLİ