Şahmat üzrə Vüqar Həşimov Memorialına start VERDİ

 19:41 26.09.2024     79

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start verilib.

Redaktor.az xəbər verir ki, Azərbaycanın üç şahmatçının iştirak etdiyi turnirdə ümumilikdə 8 idmançı qüvvəsini sınayır.

Rapid növündə mübarizəyə başlayan şahmatçıların ilk oyun günündə qeydə alınan nəticələri təqdim edirik:

I tur

Yan Nepomnyaşi - Şəhriyar Məmmədyarov 0,5:0,5

Vladislav Artemyev - Aydın Süleymanlı 0,5:0,5

Nodirbek Abdussatorov - Aravind Çitambaram 1:0

Riçard Rapport - Rauf Məmmədov 1:0

II tur

Şəhriyar Məmmədyarov - Rauf Məmmədov 0,5:0,5

Aravind Çitambaram - Riçard Rapport 0:1

Aydın Süleymanlı - Nodirbek Abdussatorov 0,5:0,5

Yan Nepomnyaşi - Vladislav Artemyev 1:0

III tur

Vladislav Artemyev - Şəhriyar Məmmədyarov 1:0

Nodirbek Abdussatorov - Yan Nepomnyaşi 0:1

Riçard Rapport - Aydın Süleymanlı 0,5:0,5

Rauf Məmmədov - Aravind Çitambaram 0:1

Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.