Türkiyə millisinin sabiq futbolçusu yığmaya baş məşqçi təyin OLUNDU

 20:04 26.09.2024     253

Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül ölkəsinin 21 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi təyin edilib.

Redaktor.az xəbər verir ki, qərar Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin növbəti iclasında qəbul olunub.

39 yaşlı sabiq müdafiəçi 2024-cü ilin mart ayından U-21-də köməkçi məşqçi vəzifəsini icra edirdi.

Qeyd edək ki, G.Gönül futbolçu karyersında "Fənərbağça" və "Beşiktaş" klublarında çıxış edib. O, 66 dəfə "ay-ulduzlu" formanı geyinib.