"Araz Naxçıvan"dan beşinci QƏLƏBƏ

 21:14 27.09.2024     49

Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

Redaktor.az xəbər verir ki, turun açılış matçında "Araz-Naxçıvan" Sumqayıtda "Səbail"i qəbul edib.

"Kapital Bank Arena"da keçirilən görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Bu nəticənin ardından cari mövsüm beşinci qələbəsini qazanan "Araz-Naxçıvan" xallarının sayını 16-ya çatdırıb.

Qeyd edək ki, turun digər matçları sentyabrın 28-29-da keçiriləcək.