Kolumbiya Liqasında dəhşətli hadisə - Matçı bıçaq bitirdi

 14:34 28.09.2024     280

Kolumbiya Liqasında "Atletiko Nasional" və "Cunior de Barrankilya" arasında Medelyin şəhərindəki "Atanasio Xirardot" stadionunda azarkeşlərin davası zamanı baş verən zorakılıq nəticəsində azı 21 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı ilkin hesabatda Medelyin rəsmisi Manuel Vilya Meneya qeyd edib ki, bir polis məmuru və 20 azarkeş yaralanıb.

Medelyinin "yaşıl-ağ" komandasının ikinci qolundan sonra toqquşmalar başlayıb, buna görə də orada olanlar arasında bir neçə dəqiqəlik çaxnaşmadan sonra polis vəziyyətə nəzarət etmək üçün müdaxilə edib. Azarkeşlərdən bəziləri bıçaqlanıb, biri isə digərini tribunadan atıb.

Çaxnaşmadan sonra matç dayandırılıb və yaralılar təcili olaraq xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, "Atletiko Nasional" və "Cunior de Barrankilya" arasında keçirilən görüş təxirə salınıb, yenidən keçiriləcəyi zaman isə bəlli deyil.