100 milyonluq PLAN

 15:09 28.09.2024     55

“Bavariya”nın Florian Virtsin transferi ilə bağlı planları bəlli olub.

Redaktor.az İdman.biz-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 21 yaşlı yarımmüdafiəçini 2025-ci ilin yayında heyətinə qatmaq niyyətindədir.

“Bayer”in futbolçusunun qiyməti mövsümün sonunda 100 milyon avroya enəcək. “Bavariya” bundan yararlanmaq və “Real”ın da hədəfində olan almaniyalını transfer etmək istəyir.

Qeyd edək ki, Virts 2020-ci ilin yayından “Bayer”də forma geyinir. Onun müqaviləsi 2027-ci ildə başa çatacaq.