"Neftçi"nin futbolçusu zədələndi

 15:40 28.09.2024     67

"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.

Bu barədə Redaktor.az-a paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.

O, 32 yaşlı yarımmüdafiəçinin məşqdə dizindən zədə xəsarət aldığını bildirib. Mahmudov bu gün "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının VIII tur matçında iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu saat 19:30-da başlayacaq.