Azərbaycanlı futbolçu oynadı, komandası uduzdu

 16:59 28.09.2024     239

Albaniya çempionatında 7-ci turun oyunları keçirilib. 

Redaktor.az xəbər verir ki, “Egnatia” ən yaxın izləyicisi “Partizani”ni qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı futbolçu Zamiq Əliyev qarşılaşmanın iştirakçısı olub. Müdafiəçi 90 dəqiqəni  əvəzlənmədən keçirib. Oyunçu görüşün 56-cı dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, Zamiq Əliyev bu mövsüm Albaniya çempionatında 6 oyun keçirib. O, bütün oyunlarda əsas heyətdə meydana çıxıb.