Messi "İnter Mayami"ni məğlubiyyətdən xilas etdi - VİDEO

 10:30 29.09.2024     131

Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunda növbəti qolunu vurub.

Redaktor.az xəbər verir ki, 37 yaşlı hücumçu MLS çempionatında "Şarlott"la heç-heçə (1:1) etdikləri matçda fərqlənib.

Təcrübəli forvard 68-ci dəqiqədə bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, "İnter Mayami" hazırda 65 xalla liderdir.