Azərbaycan Basketbol Liqasında yeni mövsümün I turunun təqvimi AÇIQLANDI

 19:20 30.09.2024     53

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün I turunun təqvimi açıqlanıb.

Redaktor.az xəbər verir ki, ABL-dən verilən məlumata görə, açılış matçı oktyabrın 18-də "Neftçi" və "Naxçıvan" kollektivləri arasında keçiriləcək.

Tura oktyabrın 20-də gerçəkləşəcək "Sumqayıt" - "Ordu" görüşü ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası

I Tur

18 oktyabr

20:00. "Neftçi" - "Naxçıvan"

19 oktyabr

12:30. NTD - "Abşeron"

14:00. "Lənkəran" - "Gəncə"

20 oktyabr

12:30. "Sabah" - "Sərhədçi"

14:00. "Şəki" - "Quba"

20:00. "Sumqayıt" - "Ordu"