Messinin keçmiş komanda yoldaşı "İnter Mayami"yə məşqçi təyin olundu

 14:25 01.10.2024     318

Argentina yığmasının sabiq futbolçusu Qonsalo Hiquain keçmiş komanda yoldaşı Lionel Messinin formasını geyindiyi ABŞ-nin "İnter Mayami" klubunun məşqçisi təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Amerika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı sabiq hücumçu klubda futbolçuların inkişafı üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Real" (İspaniya), "Yuventus" və "Napoli" (hər ikisi İtaliya) kimi klubların formasını geyinmiş və 2022-ci ildə karyerasını bitirmiş Q.Hiquain son iş yeri məhz "İnter Mayami" olub.