Çempionlar Liqasının oyunu ləğv EDİLDİ

 19:12 01.10.2024     91

Asiya Çempionlar Liqasının II turunun "Traktor" (Təbriz) - “Mohun Baqan” (Hindistan) oyunu ləğv edilib.

Redaktor.az xəbər verir ki, oktyabrın 2-si baş tutmalı olan görüş qonaq komandanın Təbrizə gəlməməsi səbəbindən keçirilməyəcək.

Hindistan təmsilçisinə Asiya Futbol Konfederasiyası tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.