İdman TV-də gözlənilməz ayrılıq - FOTO - Yenilənib

 17:51 03.10.2024     296

“İdman Azərbaycan” kanalında gözlənilməz ayrılıq baş verib.

Redaktor.az offsideplus.az-a istinadla xəbər verir ki, kanalın direktoru Rövşən Binnətli işdən azad olunub. 

Onun vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək. Ayrılığın səbəbi dəqiq bilinmir.

Qeyd edək ki, Rövşən Binnətli 2023-cü ilin yanvar ayından bu vəzifədə çalışırdı. 

***

AzTV-nin Mətbuat xidməti Rövşən Binnətlinin işdən ayrılmasını təsdiq edib: “Rövşən Binnətli pensiya yaşı ilə əlaqədar işdən ayrılıb”.

rovsen-binnetli-vezifesinden-azad-olundu