"Kəpəz" "Neftçi"yə qalib GƏLDİ

 19:05 04.10.2024     95

Misli Premyer Liqasında "Kəpəz" "Neftçi"yə qalib gəlib.

Redaktor.az xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsüm ilk qələbəsini qazanıb - 4:3.

Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan isə Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.

Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Kəpəz" aktivinə ilk 3 xalı yazdırıb.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.