"Qarabağ"ın oyununda azarkeş rekordu qeydə ALINDI

 19:55 07.10.2024     66

Azərbaycan Premyer Liqasının IX turunda keçirilən "Sumqayıt" - "Qarabağ" (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanı 7 min tərəfdar izləyib.

Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan izləyib.