Məsut Özil Bakıya gəlir

 10:23 09.10.2024     77

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Məsut Özil "Qarabağ" klubunun qonağı olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsində məlumat paylaşılıb.

"Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın! Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir!

Bütün futbolsevərləri stadionumuza dəvət edirik", - deyə "Qarabağ"ın paylaşımında deyilir.

T.İSMAYIL