AFFA rəsmisi UEFA-dan təyinat ALDI
![](https://img.redaktor.az/news/2024/10/photo_256934.jpg)
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.
Redaktor.az xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.