“İdman Azərbaycan”a yeni rəhbər təyin OLUNDU

 13:14 11.10.2024     106

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan "İdman Azərbaycan" telekanalına yeni rəhbər təyin olunub.

Redaktor.az xəbər verir ki, kanala Zaur Zeynal rəhbərlik edəcək.

Mədəniyyət kanalının rejissoru işləyən Zaur Zeynal daha çox şou-biznes sahəsində tanınırdı. Onun idman kanalına rəhbər təyin olunması bir sıra suallar doğurub. 

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu (oxu.az).