Fransa klubunun 35 yaşlı futbolçusu vəfat ETDİ
Fransanın "La Şatener" klubunun yarımmüdafiəçisi Aleksis Leskayl 35 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, V divizion oyununda "Anje"nin əvəzedici komandasına qarşı keçirilən matçda futbolçu huşunu itirib və xəstəxanaya aparılıb.
Əməliyyat olunan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş hadisə ilə bağlı V divizionda oktyabrın 12-13-də keçirilməli olan oyunlar təxirə salınıb.