Azərbaycan cüdoçusu finala yüksəldi

 15:12 12.10.2024     287

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.

Redaktor.az xəbər verir ki, idmançı yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub. Eyni çəki çəkidəki Ömər Rəcəbli təsəlliverici görüşdə uduzub.

Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Nəriman Mirzəyev (hər ikisi 73 kq) isə əvvəlki raundlarda məğlub olaraq mübarizəni erkən dayandırıb.

Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib.

Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.