"Qalatasaray"ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı

 17:09 12.10.2024     327

"Qalatasaray" klubunun iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Monteneqroya qalib gəldikləri (1:0) III tur matçında zədələnən Barış Alper Yılmaz və sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Kaan Ayhan düşərgədən ayrılıb.

Qeyd edək ki, Türkiyə millisi oktyabrın 14-də İslandiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.