Arda Gülerin "Real Madrid"dəki taleyi bəlli OLDU

 18:49 12.10.2024     156

 

Türkiyə millisinin gənc ulduzu Arda Güler "Real Madrid" klubunda qalmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, 18 yaşlı futbolçu İspaniya nəhəngində karyerasını davam etdirmək istədiyini bildirib.

Arda Güler bu barədə Türkiyə - Monteneqro görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.

"Real Madrid böyük bir klubdur və burada oynamaq mənim üçün şərəfdir. Klub rəhbərliyi mənimlə yollarını ayırmaq istəyənə qədər "Real Madrid"də qalmaq niyyətindəyəm".

Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayında "Fənərbağça"dan "Real Madrid"ə 20 milyon avroya transfer olunub. O, İspaniya klubu ilə 6 illik müqavilə imzalayıb.