Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya UDUZDU

 20:05 12.10.2024     229

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələ matçında məğlub olub.

Redaktor.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Şimali İrlandiyanın qonağı olub.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:5.

Qeyd edək ki, 9 görüşdə 10 xal toplayan Şimali İrlandiya 4-cü, 3 xala malik Azərbaycanın U-21 yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.