Vaqif Cavadov “Sumqayıt”ın müvəqqəti baş məşqçisi təyin OLUNDU

 18:51 14.10.2024     82

“Sumqayıt”ın müvəqqəti baş məşqçisi bəlli olub.

Redaktor.az apasport.az-a istinadla xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Gənclik şəhəri” təmsilçisini matçlara Vaqif Cavadov çıxaracaq. O, yeni baş məşqçinin təyinatına qədər komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Cavadov klubun əvəzedicilərdən ibarət komandasının çalışdırıcısıdır.