"Çelsi"nin futbolçusu komanda ilə yenidən məşqlərə BAŞLADI

 19:50 14.10.2024     246

İngiltərənin "Çelsi" komandasının futbolçusu Ris Ceyms zədəsini sağaldaraq komanda ilə məşqlərə başlayıb.

Redaktor.az xəbər verir ki, ötən mövsüm zədə ucbatından əksər oyunları buraxmaq məcburiyyətində qalan 24 yaşlı müdafiəçi bərpa prosesini tamamlayıb.

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın VIII turunda, oktyabrın 20-də səfərdə "Liverpul"la qaşrılaşacaq.