Messi het-triklə millidə bombardirlər siyahısında ikinci pilləyə yüksəldi

 12:09 16.10.2024     79

Argentina yığmasının kapitanı Lionel Messi millidə ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.

Redaktor.az xəbər verir ki, 37 yaşlı futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində Boliviyaya qarşı oyunda reallaşdırıb.

O, Argentina yığmasının 6:0 hesablı qələbə qazandığı görüşdə het-trikə imza atmaqla bombardirlər siyahısında ikinci yerə yüksəlib. Hazırda Messinin hesabında 112 qol var. O, iranlı Əli Daeni (108) geridə qoyub.

Millidə ən çox qol vuranların siyahısına 133 qolla Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo başçılıq edir.

Qeyd edək ki, Lionel Messi ötən gecə baş tutan oyunla bağlı özünün sosial şəbəkə hesablarında paylaşım edib.

"Mən həqiqətən yenidən Argentinada oynamaq istəyirdim və insanlarla olan sevgi və əlaqədən daha çox həyəcanlıyam. Eyni həvəslə irəli davam edirik!",- deyə ulduz futbolçu yazıb.

T.İSMAYIL

 

22222222