“Budyo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

 15:06 16.10.2024     52

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində “Budyo Qlimt” (Norveç) ilə səfər oyununun biletləri satışa çıxarılıb.

Redaktor.az Norveç klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən 300-550 İsveç kronu (49-89 manat) aralığında dəyişir.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.