"Qalatasaray"ın sabiq ulduzu - "Yaxşı insan deyiləm"

 11:55 19.10.2024     378

"Qalatasaray"dan "Sevilya"ya transfer olunan Markao ötən 2 ildə çox çətin dönəmdən keçdiyini və psixoloji müalicə aldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, zədələrə görə formasından uzaq düşən futbolçu SFC-yə müsahibəsində psixoloq yanına getdiyini bildirib:

"Aldığım zədələr səbəbindən ağır 2 ili geridə qoydum. Ailəm mənə kömək etdi. Sonra da psixoloqa getdim. Əvvəl mənasız addım olduğunu düşünürdüm, amma mənə xeyli faydası toxundu. Daha sakit bir insan oldum. Alışqanlıqlarımı dəyişdirdim".

Braziliyalı oyunçu həyat yoldaşının tövsiyəsini dinlədiyini qeyd edib:

"Yaxşı insan deyildim, yaxşı ata da olmağı bacarmamışdım. Vicdan əzabı çəkirdim. Xanımım mənə yardıma ehtiyacım olduğunu deyirdi və haqlı idi. Mən də onunla razılaşıb davamlı olaraq psixoloqa getdim".

Xatırladaq ki,Markao İspaniya klubunda 3-cü mövsümünə başlayıb.(Offsideplus.az)