Futbolumuzda rekord təkrarlandı

 14:00 19.10.2024     199

Azərbaycan futbolunda ən böyük hesablı qələbə təkrarlanıb.

Redaktor.az xəbər verir ki, bu II Liqanın VII turunda baş verib. "Göygöl" öz meydanında "Füzuli"ni 9 cavabsız qolla məğlub edib. Bu fərq son 8 mövsümün rekordunun təkrarıdır.

Daha böyük fərq isə 2016/17 mövsümündə qeydə alınıb. I Divizionda "Zaqatala" "Energetik"in qapısına 10 dəfə yol tapıb. (Offisideplus.az)