Azərbaycanı onlar təmsil edəcək

 19:01 19.10.2024     239

Bəhreynin paytaxtı Manamada keçiriləcək Gimnaziadada təmsil edəcək güləşçilər bəlli olub.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, məktəblilər arasında təşkil olunan yarışda Azərbaycanın U-17 yığması qüvvəsini sınayacaq.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kiloqram), Ramal Mirhüseynov (51 kiloqram), Hüseyn Hüseynov (55 kiloqram), Həsən Həsənov (60 kiloqram), Hüseyn İsmayılov, Fərid Ağasızadə (hər ikisi 65 kiloqram), Nihad Abasov, Rəşad Veysəlov (hər ikisi 71 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Fərhad Süleymanlı (92 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) sərbəst güləşçilərin mübarizəsində yer alacaq.

Böyük məşqçi Rövşən Umudov qızların yarışına Nəzrin Əhmədli (43 kiloqram), Fatimə Bayramova (53 kiloqram),Esra Məmmədli və Fidan Babayeva (hər ikisi 57 kiloqram) ilə çıxacaq.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə böyük məşqçi Taleh İsrafilovla məşqçi Rasim Ağayevin tapşırıqlarını Hüseyn Əliyev (45 kiloqram), Şahid Nəbiyev (48 kiloqram), Elşad Abbasov, Nihat Bəhmənov (hər ikisi 51 kiloqram), Turan Daşdəmirov, Əmrah Əmrahov (hər ikisi 55 kiloqram), Nihat Tağıyev (60 kiloqram), Akif Nəcəfli (65 kiloqram), Yusif Əhmədli (71 kiloqram), Nicat Yeylaqaliyev, Emil Abasov (80 kiloqram), Səid Paşayev (92 kiloqram) və Mikayıl İsmayılov (110 kiloqram) icra etməyə çalışacaq.

71 ölkənin təmsil olunacağı Gimnaziadada I dərəcəli hakim Kamran Əliyev və II dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.

Qeyd edək ki, Gimnaziada 26 idman növü üzrə keçiriləcək. Güləş yarışları oktyabrın 28-30-da reallaşacaq.