Karlo Ançelotti İspaniya La Liqasının tarixinə DÜŞDÜ

 16:05 20.10.2024     136

İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti La Liqada 200 oyun keçirən ilk italiyalı mütəxəssis olub.

Redaktor.az xəbər verir ki, 65 yaşlı çalışdırıcı buna ölkə çempionatının X turunun "Selta" ilə görüşündə nail olub.

Eyni zamanda o, "Kral klubu"nun sabiq baş məşqçisi Migel Munosdan sonra (424 oyun) Madrid təmsilçisini ən çox görüşə çıxaran ikinci mütəxəssis kimi tarixə düşüb.

Qeyd edək ki, "Real" La Liqada 24 xalla ikinci sırada yer alıb.