Emreli “Nürnberq”də ilk qolunu VURDU

 16:20 20.10.2024     130

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında qol hesabını açıb.

Redaktor.az əbər verir ki, qarşılaşma II Bundesliqanın IX turuna təsadüf edib.

Səfərdə "Qröyter Fürt" kollektivinin qonağı olan "Nürnberq"in heyətində ilk qolu 13-cü dəqiqədə Mahir Emreli vurub.

Hazırda davam edən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.