"İdman adam döymək deyil" - Hansı idman növlərinə MARAQ ARTIB?

 12:03 21.10.2024     287

İdmanla məşğul olmağın fiziki, zehni və emosional faydaları var. Belə insanların enerji səviyyəsi yüksəlir, daha aktiv həyat tərzi sürürlər. Bu səbəbdən bir çox valideyn övladını müxtəlif idman növləri ilə məşğul olmağa yönləndirir.

Bəs Azərbaycanda ən çox hansı idman növlərinə maraq var?

Bununla bağlı idman eksperti Araz Əhmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkəmizdə valideynlər övladlarını ən çox əlbəyaxa döyüş növləri olan bölmələrə aparırlar:

Araz Əhmədov media komitəsinin idarə heyətinə yeni sədr müavini seçilib  İdman Xəbərləri – Allsport.az

"Bunu uzun illərdir müşahidə edirəm. Bizdə təəssüflər olsun ki, gimnastika, futbol, voleybol, basketbol kimi idman növləri dəbdə deyil. Valideynlər düşünürlər ki, uşaqlar əlbəyaxa döyüş növlərinə getsə, gələcəkdə özlərini hansısa situasiyada qoruya biləcəklər. Ancaq sivil cəmiyyətdə belə düşüncə olmamalıdır. Hər kəs dərk etməlidir ki, idman öncə sağlamlıqdır, daha sonra isə bu sahədə istedadlı olanlar uğurlu nəticələr də qazana bilərlər".

A.Əmədov qeyd etdi ki, idman adam döymək deyil:

"Biz kollektiv idman növlərinə meylli deyilik, çünki dayanışmanı sevmirik, bu da milli mentalitetdən irəli gəlir".

Sevinc İBRAHİMZADƏ