"Atletiko" bu epizoda görə UEFA-ya şikayət etdi

 18:49 24.10.2024     190

İspaniyanın "Atletiko" klubu Çempionlar Liqasının Liqa mərhələsində Fransa təmsilçisi "Lill"ə qarşı keçirilən matçda qapısına təyin olunan penalti ilə bağlı UEFA-ya şikayət ünvanlayıb.

Redaktor.az "Marca"ya istinadən xəbər verir ki, III turun oyununda Fransa təmsilçisini qəbul edən madridlilər 71-ci dəqiqədə Benjamen Andrenin yerdə qaldığı epizodda təyin olunan penaltinin qaydalar çərçivəsində olmadığını bildiriblər.

Qeyd edək ki, qarşılaşma "Lill"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşü italiyalı baş hakim Marko Quida idarə edib.