"Birinci qoldan sonra biz daha üstün olduq" - "Ayaks"ın baş məşqçisi

 23:14 24.10.2024     295

"Ayaks"ın baş məşqçisi Françesko Farioli "Qarabağ"la oyundakı 3:0 hesablı nəticədən məmnun qalıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

Jurnalistlərin hakimin qərarlarına münasibətini soruşduqda, Farioli hakimin qərarları ilə bağlı suallara cavab verməyib.

"Birinci qoldan sonra biz daha üstün olduq və daha da rahatladıq. Amma "Qarabağ"ın da təzyiqləri davam edirdi. Qırmızı kartdan sonra müəyyən dəyişikliklər oldu. 3:0-dək oyun çox gərgin davam edirdi", - deyə baş məşqçi bildirib.

Sevinc İBRAHİMZADƏ