"İkinci sarı verilirsə, bunun arxasında nəsə durur"

 23:28 24.10.2024     350

"Oyunçularla profilaktik söhbətlər mütləq olacaq. Ancaq futbol mübarizə oyunudur. Bu məsələlərdə, təbii ki, futbolçunu qınayıram, daha diqqətli olmalıdırlar. Amma belə vəziyyətlərdə qırmızı vərəq verirlərsə, onda gərək biz futbola inanmayaq. Burada əl hərəkətləri də olacaq. Bəzən oyunçu özünü saxlaya bilmir. Amma epizoda baxsalar görərlər ki, birinci Romao onu tutur. Fikir ayrılığınıın olması mənimçün də maraqlıdır".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

"Yəqin, biz hakim qayda qanununu dəqiq bilmirik. Ona görə çox vaxt üstünə getmirik. Elvin Cəfərquliyevin epizoduna gəldikdə isə, bir komanda zatən azlıqda qalıb, burada ikinci sarı verilirsə, demək, bunun arxasında nəsə durur. Mən heç vaxt hakimlərin işinə qarışmaq istəmirəm. Mən bacardığım qədər onlara kömək oluram ki, düzgünlük olsun. Yeri gələndə qolu saymırıq, amma onlar da bu ölkəyə, bu ölkənin futbolçularına pozitiv fikirlə gəlsələr, daha yaxşı olar. Onların üzərinə getmirik. Ancaq biz böyük klublarla oynayırıq", - deyə Qurbanov əlavə edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matç rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Sevinc İBRAHİMZADƏ