"Sadəcə mənə təsir edən odur ki..." - Qurbanov hakimin qərarlarından DANIŞDI

 23:34 24.10.2024     349

"Yəqin ki, yox, çünki bir-iki dəfə belə addım atmışıq, faydası olmayıb. Oyun sona çatıbsa, artıq bunun heç bir faydası olmur. Məncə, hakimlik barədə danışmaq üçün gecdir. Önümüzə baxmalıyıq".

Redaktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"la oyundan (0:3) sonra mətbuat konfransında jurnalistin "hakimlərini qərarlarından şikayət edə bilərsiniz? Bu imkanlardan istifadə edəcəksiniz?" sualını cavablandırarkən bildirdi.

"Hamımız bu fikirdə olsaq, həm azarkeşlərimizin, həm futbolçularımızın onlara qarşı aqressiyası artar. Sadəcə mənə təsir edən odur ki, inşallah, böyük komandalara qarşı bu cür qərarlar verməzlər. Çünki azlıqda qalmağımız, sarı və qırmızı vərəqələr almağımız yaxşı deyil. Ancaq hakim oyunun ağasıdır. Gələn oyunlarda nə lazımdır edəcəyik. İnamla oynayacağıq. Əlimizdə nə qədər futbolçumuz qalacaqsa, digər səfərlərə də inamla gedəcəyik və yaxşı nəticələr əldə etməyə çalışacağıq", - o dedi.

Sevinc İBRAHİMZADƏ