“Bolonya” – “Milan” matçı təxirə SALINDI

 20:35 25.10.2024     290

Futbol üzrə İtaliya A Seriyasının IX turunun “Bolonya” – “Milan” matçı daşqın səbəbindən təxirə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli Futbol Federasiyası məlumat yayıb.

Oktyabrın 26-da keçirilməli olan oyunun hansı tarixdə baş tutacağı bəlli deyil.

Qeyd edək ki, ötən həftə Bolonyada bir neçə saat güclü yağış yağması səbəbindən, çaylar daşıb və küçələri su basıb.

Vumart və Güvən reklamı Vumart Güvən