Bu futbolçu Afrikanın ən yaxşısı ola bilməyəcək

 18:03 26.10.2024     126

Afrikada ilin ən yaxşı futbolçusu namizədləri arasında "Liverpul"un forvardı Məhəmməd Salahın adı daxil edilməyib. 

Redaktor.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası tərəfindən dərc olunan siyahıda 10 futbolçunun adı yer alıb.

Bunlar Simon Adinqra (Kot-d'İvuar), Amin Quiri (Əlcəzair), Seru Qrassi (Qvineya), Aşraf Hakimi (Mərakeş), Ademola Lukman (Nigeriya), Şansel Mbembа-Manqulu (Konqo Demokratik Respublikası), Sufyan Rahimi (Mərakeş), Edmond Tapsoba (Burkina Faso), Uilyam Troost-Ekonq (Nigeriya), Ronven Uilyamsdı (Cənubi Afrika).

Sonuncu dəfə 2023-cü ildə Afrikada ilin ən yaxşı futbolçusu Viktor Osimhen seçilmişdir.