"Zirə" "Araz-Naxçıvan"la sülhə razılaşdı
Misli Premyer Liqasında "Araz-Naxçıvan" "Zirə" ilə heç-heçə edib.
Redaktor.az xəbər verir ki, oyun XI tura təsadüf edib.
"Liv Bona Dea Arena"da baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmada hesab 31-ci dəqiqədə açılıb. Qonaqların heyətində Georgi Papunaşvili adını tabloya yazdırıb. Yekun nəticəni isə final fitinə 1 dəqiqə qalmış penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos müəyyənləşdirib.
Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 21-ə, "Zirə" isə 17-yə çatdırıb.
Günün digər matçı isə "Səbail" və "Sumqayıt" komandaları arasında baş tutacaq.
"ASCO Arena"da keçiriləcək oyunun start fiti saat 18:30-da səslənəcək.