Qurban Qurbanov "Qarabağ"ı çempionatda 500-cü oyuna ÇIXARIB

 11:41 28.10.2024     289

“Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.

Redaktor.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turuna təsadüf edib.

Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

17-ci mövsümdür “Qarabağ”da işləyən Qurbanovun debütü 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib.

Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

Qeyd edək ki, Qurban Qurbanov ölkə çempionatı tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.

Vumart və Güvən reklamı Vumart Güvən